Medvedevdən sərt ifadələr - Yaramazlar!

07.06.2022 14:06     Dünyadan reaksiya     378

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin liderlərinin ünvanına olduqca sərt ifadələr işlədir. 

 Medvedev yerli mediaya açıqlamasında son vaxtlar çıxışlarında diplomatik taktı gözləməməsinin səbəbini belə açıqlayıb: 

“Qərbin bəzi ölkələri bizim həyatımızı çətinləşdirmək üçün maksimum cəhd göstərirlər. Yəni, ölkəmizin məhvinə çalışanlara münasibətdə öz fikirlərimi kəskin tərzdə deməyin onlara nifrətimdən irəli gəlir. Elə dırnaqarası siyasi xadimlər diplomatik yanaşmaya, ritorikaya layiq deyillər”.

Reaksiya.az

Şərhlər