Rusiya hərbçiləri növbəti dəfə Ermənistan baş prokurorunu Xankəndinə buraxdı...

08.06.2022 12:34     Dünyadan reaksiya     446

Ermənistanın baş prokuroru Artur Davtyan müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan Azərbaycan Respublikası ərazisinə gəlib. 

Erməni nəşrlərinin yaydığı məlumata görə, A.Davtyan Azərbaycan ordusunun 44 günlük  İkinci Qarabağ savaşındakı zəfərindən sonra da  Rusiya "sülhməramlı"larının qucağında bəslənən separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin başçısı Araik Arutyunyanla görüşüb.

Qondarma rejimin qanunsuz "baş prokuror"  Qurqen Nersisyanın  da iştirak etdiyi görüşdə Ermənistanla separatçı qurumun müvafiq qurumları arasındakı əməkdaşlıqdan bəhs edilib.

Qeyd edək ki, bu, işğalçı ölkə baş prokurorunun 2020-ci ilin 10 noyabrından bəri Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağa artıq 3-cü gəlişidir. 

Azərbaycan dövlət başçısının da dəfələrlə xəbərdarlığına rəğmən Rusiya hərbi kontingentinin yaratdığı şərait nəticəsində Ermənistanın güc strukturları rəhbərləri və digər nazir və rəhbər məmurları Laçın dəhlizindən keçərək Xankəndinə gəlməkdə davam edirlər.(Moderator.az )

Reaksiya.az

Şərhlər