"Rusiyanın 15-ci briqadasının 800 hərbçisi ölüb, 400-ü yaralanıb" - Baş Qərargah

09.06.2022 13:31     Dünyadan reaksiya     424

Rusiya qoşunları Ukraynanın Starı Saltov, Russkaya Tişka, Çerkasskaya Tişka, Koroboçkino, Aseyevka, Çepel və Uda yaşayış məntəqələrində mülki infrastrukturlara atəş açıblar.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

“Rusiyanın 2-ci ümumqoşun ordusunun 15-ci motoatcı briqadasının şəxs heyəti döyüşlərdə böyük itki verib. Ukrayna ərazisində hərbi əməliyyatlarda briqadanın 1 800 hərbçisi iştirak edib. Döyüşlər nəticəsində brqadanın təxminən 800 hərbçisi həlak olub, 400-ə yaxın əsgəri yaralanıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Rusiya hərbçiləri Verxnekamenka, Zolotoye, Berestovoye və Slavyansk yaşayış məntəqələrini aviasiya-raket, Cənubi Buq istiqamətində Lyubimovka, Dobryanka, Belaya Krinitsa, Şirokoye, Berezneqovatoye Blaqodatnoye, Lyubomirovka və Tavriçesk yaşayış məntəqlərini isə artilerriya atəşinə tutub.

Məlumata əsasən, son sutkada Ukrayna Silahlı Qüvvələri Dnetsk və Luqansk istiqamətində düşmənin 7 hücumunun qarşısını alaraq, 3 tankını, iki zirehli döyüş maşınını, 4 avtomobilini məhv edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri isə Rusiyanın “Orlan-10” tipli 6 PUA-sını sıradan çıxarıb.

Reaksiya.az

Şərhlər