Ermənistanda "GENERALLARIN İŞİ" təzələnir - Həbslər olacaq
10.06.2022 13:00 Dünyadan reaksiya 401
Ermənistan Müdafiə Nazirliyində yeni qalmaqallı həbslər gözlənilir.
Bu barədə “İravunk” qəzeti yazıb.
Nəşrin iddialarına görə, 44 günlük müharibədə, eləcə də ondan əvvəlki və sonrakı proseslərdə günahları sübuta yetirilən generallar artıq istintaq tərəfindən müəyyənləşdirilib.
Bildirilir ki, 44 günlük müharibəyə şərait yaradan və təhrikedici addımlar atan hərbçilər yenidən və daha ətraflı şəkildə dindirilir.
Hətta keçmiş baş qərargah rəisi Artak Davtyanın Ermənistan ordusuna, ümumiyyətlə hərbi sistemin nüfuzuna vurduğu ziyanın xüsusi araşdırıldığı qeyd olunur.
Qəzet xüsusi olaraq vurğulayır ki, Ermənistan ordusunun 44 günlük savaş öncəsi biabırçı duruma düşməsinin əsas səbəbkarlarından biri məhz keçmiş baş qərargah rəisidir.
Artak Davtyanla bərabər müdafiə nazirliyi sistemində çalışan bir neçə yüksək rütbəli hərbçinin də həbs ediləcəyi yazılır.
Şərhlər