Yaponiya və Çin razılığa gəldi
13.06.2022 12:20 Dünyadan reaksiya 362
Yaponiya və Çinin müdafiə nazirləri təhlükəsizlik sahəsində ikitərəfli dialoqun davam etdirilməsi barədə razılaşıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın müdafiə naziri Nobuo Kişi ilə Çinin müdafiə naziri Vey Fenhe arasında Sinqapurda keçirilən görüş zamanı əldə edilib.
Qeyd edilib ki, görüş zamanı Yaponiyanın müdafiə naziri Çinin Şərqi Çin və Cənub Çin dənizlərində hərəkətləri ilə bağlı narahatlığını ifadə edərək, bu ölkəni təmkinli olmağa çağırıb.
Bundan əlavə, N.Kişi Yaponiya sərhədləri yaxınlığında Rusiya və Çinin birgə təlimlərindən narahatlığını da bildirərək, bu təlimləri “Yaponiyaya qarşı yönəlmiş nümayişkaranə hərəkət” adlandırıb.
Yaponiyanın müdafiə naziri, həmçinin bildirib ki, Tayvan boğazında sülhün qorunması regionda sülhün və sabitliyin açarıdır.
Şərhlər