Türkiyə ordusu bu tarixdə əməliyyata başlayır

13.06.2022 12:31     Dünyadan reaksiya     306

Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi sərhəd əməliyyatı başa çatdıqdan sonra Suriyada yeni hərbi əməliyyat başlaya bilər.

Bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazıb.

Qəzetin məlumatına görə, əməliyyatın başlanması üçün əmr 9-12 iyul tarixlərdə qeyd olunacaq Qurban bayramından sonra veriləcək.

“Suriya əməliyyatı üçün əvvəlcə “Pəncə-Kilid” əməliyyatının bitmə tarixi önəmlidir. Türkiyə ordusu bu əməliyyatın uğurla başa çatmasını gözləyir. Digər tərəfdən, Türkiyə ordusunun Suriyanın şimalındakı hücumunun əsas istiqamətləri kimi müəyyən edilən Tel-Rifat və Menbiç əməliyyatları üçün ordu qruplaşmasının formalaşdırılması hələ tam başa çatmayıb”, - qəzet bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar