Zelenski kişilərin ölkədən çıxışına icazə petisiyasını qəbul etmədi

13.06.2022 13:00     Dünyadan reaksiya     384

Ukraynada 18-60 yaş kişilərin ölkədən çıxışına qoyulan qadağa əhalini narazı salıb.
 
Onlar prezidentə bu qadağanı götürmək üçün petisiya ünvanlayıb. Onun saytında yerləşdirilən petisiyanı minlərlə insan imzalasa da, Zelenski petisiyanı dəstəkləməyib.
 
Bakupost.az xəbər verir ki, 24 fevraldan qüvvədə olan qadağa bir çox insanları çıxılmaz vəziyyətə salıb.
 
Xüsusən xaricdə təhsil alan tələbələr, sürücülər və iş adamları bu səbəbdən fəaliyyətlərinin iflic olduğunu deyir.
 
Bu vaxta qədər prezidentə ünvanlanmış 30 petisiyada bu qadağanın qismən və ya tamam qaldırılması tələb olunur.
 
Ukraynada iş olmadığı,əmək haqqı az olduğu üçün ailə başçıları digər ölkələrə gedib işləmək istəyir.
 
Ailənin, hətta nəslin yeganə işçi qüvvəsi olan kişi ölkəni tərk edə bilmədiyi üçün ailələri pulsuz və köməksiz qalır.
 
Hətta Ukraynaya gəlib ona bu çətin günündə dəstək göstərmək istəyənlər də bu səbəbdən gəlmir. Çünki ölkəyə gəlsələr, sonra çıxa bilməyəcəklər.
 
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət avqustun 23-nə kimi uzadılıb
 

Şərhlər