Rusiyada “MakDonalds” - “Dadlı və nöqtə” oldu

13.06.2022 13:44     Dünyadan reaksiya     311

Rusiyada "MakDonalds”ın yeni adı açıqlanıb.

Bu barədə restoranlar şəbəkəsinin direktoru Oleq Paroyev məlumat yayıb.

Onun sözlərinə görə, restoran şəbəkəsi rebrendinq edilib və bundan sonra “Dadlıdır və nöqtə” (“Vkusno i Toçka”) adı ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Rusiya Ukraynaya hücum edəndən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən “MakDonalds” restoranlar şəbəkəsini bağlamışdı.

Reaksiya.az

Şərhlər