Bolqarıstanda nazirlər kütləvi şəkildə istefa verir

13.06.2022 16:44     Dünyadan reaksiya     382

"Belə bir xalq var" partiyası hakim koalisiyadan çıxdığını elan etdikdən sonra Bolqarıstan hökumətində 2 nazir dərhal istefa verib. 

Bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilib ki, onlar xarici işlər və energetika nazirləri Teodor Gençovski və Aleksandr Nikolovdur. 

Qeyd edək ki, bir neçə gün əvvəl gənclər və idman naziri Radostin Vasilev və Baş nazirin müavini Qrozdan Karadjov istefa veriblər. 

Parlament yaxın vaxtlarda istefa verən nazirlərin namizədliklərini razılaşdıra bilməsə, respublikanı yeni seçkilər gözləyir.

Reaksiya.az

Şərhlər