Ukraynada Kadırovun daha bir komandiri MƏHV EDİLDİ

13.06.2022 16:45     Dünyadan reaksiya     439

Kadırovçuların komandiri bu yaxınlarda Ukraynada gedən müharibə zamanı məhv edilib.

Bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki, bloqqer Anatoli Stefan (Ştirlitz) yerli KİV-lərdən birinə açıqlamasında deyib. 

"Deyə bilərəm ki, kadırovçular əsgər deyillər. Onlar yalnız TikTok üçün videolar çəkirlər. Onlar qoşunların qabağına getmirlər - onlar həmişə könüllü birləşmələrin və Rusiya Federasiyası nizami qoşunlarının bölmələrinin arxasında hərəkət edirlər", - o bildirib. (unikal)

Reaksiya.az

Şərhlər