Rusiya bu ölkələrin müstəqilliyini “ləğv etməyi” planlaşdırır
14.06.2022 12:09 Dünyadan reaksiya 487
Rusiya Federasiyası Litva, Latviya və Estoniyanın müstəqilliyini “ləğv etməyi” planlaşdırır.
Bu barədə Dövlət Dumasının deputatı Yevgeni Fedorov məlumat yayıb.
"NATO və ABŞ-la qarşıdurmada Litva Rusiya Federasiyası üçün daha təhlükəlidir. Ona görə də Litva indi daha vacibdir, lakin bu, onun üzərində dayanacağımız anlamına gəlmir", - rusiyalı deputat bildirib.
Fedorovun sözlərinə görə, Litvanın ardınca Estoniya və Latviya üçün də belə bir inkişaf mümkündür.
Bildirək ki, Rusiya Federasiyasının Dövlət Duması SSRİ Dövlət Şurasının “Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” qərarını ləğv etmək üçün qanun layihəsi təqdim edib.
Qanun layihəsinin təşəbbüskarı olan "Vahid Rusiya"dan olan deputat Yevgeni Fedorov qanun layihəsinə izahat yazısında yazır ki, guya "ölkə Konstitusiyasına dəyişiklik edildikdən sonra Rusiya Federasiyası onun ərazisində SSRİ-nin varisi kimi tanınıb".
Şərhlər