NATO ölkələrindən Ukraynaya göndərilən silah anbarları VURULDU

15.06.2022 14:36     Dünyadan reaksiya     425

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov NATO ölkələrinin Ukraynaya göndərdiyi silahların saxlandığı anbarın məhv edildiyini bildirib. 

Bu  barədə Konaşenkov açıqlama yayıb. 

 "NATO ölkələri tərəfindən Ukraynaya verilən xarici silahların, o cümlədən yüksək dəqiqliyə malik uzaqmənzilli “Kalibr” raketi və 155 mm-lik M777 haubitsalarının olduğu sursat anbarı Lvov vilayətinin Zoloçiv kəndi yaxınlığında məhv edilib. Ukrayna Hərbi Hava Qüvvələrinin Nikolayev vilayətindəki “Voznesensk” hərbi hava limanında yüksək dəqiqlikli hava bazalı raketlərlə hava elementləri zərərsizləşdirilib. Bundan əlavə ABŞ və qərb ölkələri tərəfindən Donbassdakı Ukrayna qrupuna çatdırılan silah və texnika Donetsk Xalq Respublikasının Dnepropetrovsk vilayətinin Pokrovsk və Orlovşçina dəmir yolu stansiyaları ərazilərində məhv edilib". 

Konaşenkov Ukrayna döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının da vurulduğunu bildirib.

Qeyd edək ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi Rusiya ilə NATO arasında böyük gərginliyə səbəb olur. Nəhayət, NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinin Ukraynaya ağır silahlar və uzaqmənzilli sistemlər verməyə davam edəcəklərini və NATO sammitində onların Ukraynaya hərtərəfli yardım paketi ilə bağlı razılığa gəlmələrini gözlədiklərini bildirib.(unikal)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar