Blinken: “40-dan çox ölkə Ukraynaya müdafiə dəstəyi verir”

16.06.2022 14:50     Dünyadan reaksiya     473

ABŞ-dan başqa 40-dan çox dövlət Ukraynaya birbaşa müdafiə dəstəyi verir.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“ABŞ-ın, eləcə də 40-dan çox müttəfiq və tərəfdaşının təhlükəsizlik yardımı Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mövqeyini gücləndirməkdə davam edir”, - deyə bəyanatda bildirilir.

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, bu, həmçinin Ukraynanın döyüş meydanında qələbəsinin təmin edilməsinə, eləcə də danışıqlar masası arxasında mövqeyinin möhkəmlənməsinə töhfə verir.

Blinken xatırladıb ki, ABŞ və digər dövlətlər Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib, şərq cinahda NATO-nun müdafiəsini gücləndirib, öz ərazisini və azadlığını cəsarətlə müdafiə edən Ukraynaya tarixi səviyyədə hərbi və digər yardımlar göstərib.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya bir milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrıldığını elan edib.

Reaskiya.az

Şərhlər