Britaniya Patriarx Kirillə sanksiya tətbiq edib
16.06.2022 15:09 Dünyadan reaksiya 446
Böyük Britaniya Moskva və bütün Rusiya Patriarxı Kirillə sanksiya tətbiq edib.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya pravoslav kilsəsinin başçısı Ukraynadakı müharibəni dəstəklədiyi üçün sanksiya siyahısına daxil edilib.
Məlumata görə, Böyük Britaniya hökuməti iyunun 16-da Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyini açıqlayıb.
Şərhlər