Paşinyan bu gün Belarusa gedir
20.06.2022 12:03 Dünyadan reaksiya 398
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Belarusa rəsmi səfərə yollanacaq.
Reaksiya.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan Belarusda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, sözügedən iclas iyunun 21-i Minskdə baş tutacaq. Bununla yanaşı, həmin gün Minskdə Avrasiya İqtisadi Komissiyası Şurasının növbədənkənar iclası da keçiriləcək.
Şərhlər