Yunanıstan baş naziri istefa verib

21.08.2015 01:12     Dünyadan reaksiya     2032

Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini bəyan edib.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.

“Parlament seçkilərində yunan xalqı bundan sonra  kimin ölkəni irəli aparacığını müəyyən etməlidir”, deyə A.Tsipras xalqa müraciətində bildirib.

Parlament seçkilərinin sentyabrın 20-də keçiriləcəyi planlaşdırılır.  

Qeyd edək ki, Aleksis Tsipras solçu  SİRİZA Koalisiyasının 25 yanvar 2015-ci ildə keçirilmiş parlament seçkilərindəki qələbəsindən sonra baş nazir postunu tutmuşdu.

Şərhlər

Çox oxunanlar