İranın Böyük Britaniyadakı səfirliyi fəaliyyətini bərpa edəcək
21.08.2015 02:25 Dünyadan reaksiya 1795
İranın Londondakı səfirliyi yaxın günlərdə fəaliyyətini bərpa edəcək.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-dəki mənbə bildirib.
Qeyd olunur ki, səfirliyin açılması Böyük Britaniyanın İranda diplomatik nümayəndəliyinin açılması ilə üst-üstə düşəcək. Bundan əvvəl, diplomatik mənbələr səfirliyin açılmasının Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondun İrana səfəri çərçivəsində baş tutacağını bildiriblər. “The Guardian” qəzeti bu səfərin avqustun 24-ə təsadüf edəcəyini yazıb.
Qeyd edək ki, 2011-ci ildə Böyük Britaniyanın Tehrandakı səfirliyi İrana qarşı sanksiya tətbiq edilməsinə etiraz edənlərin hücumuna məruz qalmışdı. Bundan sonra Böyük Britaniya İrandakı, İran isə Böyük Britaniyadakı səfirliyini bağlamışdı.
Şərhlər