Şoltsun bu addımı Vilnüsü hiddətləndirdi

22.06.2022 13:08     Dünyadan reaksiya     481

“Almaniya kansleri Olaf Şoltsun vəd verdiyi minlərlə alman hərbçisi əvəzinə Litvaya cəmi 50 nəfər göndərməsi biabırçılıqdır və geniş əks-səda doğurub”.

Bu barədə tanınmış jurnalist Metyu Karniçniq “Politico”da dərc olunan məqaləsində yazıb.

Müəllifin sözlərinə görə, Şoltsun bu addımı Vilnüsdə ciddi narazılıq yaradıb.

“Vilnüsə səfəri zamanı Şolts jurnalistlərə bildirib ki, Berlin Litvaya dövlət təhlükəsizliyini təmin etmək üçün “etibarlı döyüş briqadası” göndərmək prinsipi ilə hərəkət edəcək və bu, bir neçə min hərbçinin yerləşdirilməsini nəzərdə tutur”, - jurnalist bildirib.

Məqalədə qeyd olunur ki, kanslerin köməkçiləri tezliklə onun açıqlamasını təkzib edərək, Almaniyanın cəmi 50 nəfərlik bölmənin qərargahını ora köçürəcəyini vurğulayıblar. Eyni zamanda qoşunların böyük hissəsi Almaniyada qalacaq.

Mövcud vəziyyət Litva hakimiyyətinin ciddi narazılığına səbəb olub. Vilnüs uzun müddətdir ki, NATO-nun mövcudluğunu genişləndirmək üçün səylər göstərir. Lakin indiyə qədər Litva bu məsələdə böyük uğur əldə edə bilməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar