Çin gəmiləri Vladivostokda

21.08.2015 02:28     Dünyadan reaksiya     1852

Çin gəmiləri birgə təlimlər keçmək üçün Rusiya sahillərinə çatıb.

Reaksiya.az xəbər verir ki, avqustun 24-də başlayacaq olan təlimlər iki ölkə arasında may ayında olan " Dəniz əməkdaşlığı-2015" təlimin davamıdır. Hər iki ölkədən 500 dənizçinin, onlarla gəmi və sualtı, həmçinin zirehli texnikanın iştirak edəcəyi təlimlər 8 gün davam edəcək.
Digər tərəfdən isə bu təlimlərin NATO-nun soyuq müharibə dövründə keçirəcəyi ən böyük "Swift Response-2015" adlı təlimi ilə eyni vaxtda olması diqqət çəkir.

Şərhlər