Mariupolun yarısı yanıb, 22 min insan ölüb

22.06.2022 18:22     Dünyadan reaksiya     476

Rus hərbçiləri Mariupolun təxminən 22 min sakinini öldürüb, şəhərin 50%-i tamamilə yandırılıb.

Bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko deyib.

Boyçenko bildirib ki, Mariupol demək olar ki, məhv edilib:

“Ruslar kritik infrastrukturun 90%-ni məhv ediblər. Onlar təlim kitabçaları tərtib edib, bütün infrastruktur obyektlərini məhv ediblər. Bir həftə ərzində şəhərin həyatını təmin edən 15 obyekti dağıdıblar. Şəhərin 50%-i tamamilə yanıb, 1056 tikili kül olub. Vətəndaşlara şəhəri tərk etməyə imkan verilməyib. Rusiya 22 mindən çox insanı qətlə yetirib. Bunlar təxmini məlumatlardır”.

O qeyd edib ki, hazırda şəhər bağlıdır, 100 mindən çox yerli sakin orada işıqsız və içməli susuz qalıb:

“İş yoxdur. İnsanlar su və yemək üçün dağıntıları sökməyə məcbur olurlar. Mariupol Rusiyanın yaratdığı gettodur”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar