Zelenskidən VACİB ÇAĞIRIŞ: "Təcili bu addım atılmalıdır..."
23.06.2022 13:08 Dünyadan reaksiya 478
Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynaya silah tədarükünün artırılmasını və daşınma prosesinin sürətləndirilməsini istəyir.
Zelenski bunu ukraynalılara videomüraciəti zamanı deyib.
Ukrayna Prezidenti bildirib ki, 22 iyun, 20-ci əsrin tarixində əbədi qalmalı və bir daha təkrarlanmamalı olan müharibə qurbanlarının hüzn və anım günüdür:
"Rusiya fevralın 24-də də eyni şeyi etdi, nasistlər bunu iyunun 22-də etmişdi. Biz öz torpağımızı azad edib qələbəyə daha tez gəlməliyik. Bu, bizim milli məqsədimizdir. İyunun 22-də işğalçılar Nikolayevə 7 raket buraxıblar. Xarkov vilayətinə də zərbələr olub. Onlar Çerniqov və Sumı vilayətlərinin sərhədyanı ərazilərini atəşə tutublar. İşğalçıların bu istiqamətdə məqsədi eyni olaraq qalır - bütün Donbası addım-addım məhv etmək. Lisiçansk, Slavyansk, Kramatorsk - istənilən şəhəri - onlar Mariupol kimi hər şeyi tamamilə darmadağın etmək. Ukraynaya silah təchizatı sürətləndirilməlidir. Bu, şeytanın armadasını dayandırmaq və onu Ukrayna sərhədlərindən kənara çıxarmaq üçün lazımdır".
Prezident ABŞ-a göstərdiyi köməyə, o cümlədən Ukraynadakı hərbi cinayətlərin araşdırılmasına görə təşəkkür edib:
“Mən cənab Eli Rosenbauma ədalət mühakiməsi prosesinə qoşulmaq istəyinə görə minnətdaram. O, bir çox nasistləri ifşa etmiş amerikalı müstəntiqlərdən biridir. Bizim birgə istintaq qrupumuz mümkün qədər güclü olmalıdır ki, Rusiya cinayətkarlarının heç biri cəzadan yayınmasın. Beynəlxalq qanunun və asayişin qorunmasına töhfələr verdiyimiz dövrdür”./Teleqraf.com
Şərhlər