İsrail Suriya ərazisinə hava zərbəsi endirib

21.08.2015 03:06     Dünyadan reaksiya     1649

 İsrail hərbi təyyarələri Suriya ərazisinə  hava zərbəsi endirib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində zərərçəkən olmayıb.

Suriya ordusundakı mənbənin bildirdiyinə görə, hədəfdə Küneytra yaşayış məntəqəsində yerləşən nəqliyyat mərkəzi və ictimai bina olub. Tikililər və infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, İsrail raket atəşinə cavab olaraq Suriya ərazisinə zərbələr endirib. Avqustun 20-də Suriya ərazisindən İsrail istiqamətində 4 raket buraxılıb.  

 

Şərhlər