Rusiya iqtisadiyyatında nə baş verir?
21.08.2015 04:32 Dünyadan reaksiya 1733
Rusiya Statistika İdarəsi tərəfindən açıqlanan son rəqəmlər iqtisadiyyatdakı gedişatı bir daha göstərdi. Məlumatlara əsasən iyul ayında əhalinin aylıq gəlirlərində 2 % azalma müşahidə olunub. İyunda isə bir il əvvəllə müqayisədə 3,1 % azalma olmuşdu. İlin birinci yarısında inflyasiyanın təsiri çıxıldıqda gəlirlərdəki azalma ortalama 2,9 % olub. İyulda ölkədə adam başına ortalama gəlir 31121 rubl olub. Bu rubl timsalında 2014-cü ilin eyni vaxtı ilə müqayisədə nominal olaraq 9,9 % artış deməkdir. Ortalama olaraq işçinin iyul ayındakı gəliri rubl timsalında 5% artaraq 33980 rub olub. Əslində isə maaşlar 2014-cü ilin iyulu ilə müqayisədə 9,2 % azalmışdır.
İyulda pərakəndə ticarətdə ümumi gəlir 2,3 trilyon rubl olaraq 9,4 % azalıb. İlin ilk 7 ayı ərzində pərakəndə satış gəliri 15,2 trilyon olmaqla 8,1 % azalıb.
Statistika idarəsinin məlumatına əsasən iyulda Rusiyada sərmayə investisiyaları keçən illə müqayisədə 8,5% azalıb və bir trilyon rubldan bir az çox olub. İlk 7 ayda azalma 5,9% olub.
Rəsmi məlumatlar ölkədə 4,1 milyon işsiz olduğunu, işsizlik faizinin 5,3% olduğunu göstərir. İyunla müqayisədə iyulda işsiz sayının 22 min nəfər azaldığı deyilir. 800 min işsiz isə dövlətdən yardım alır. İqtisadi cəhətdən aktiv əhalinin sayı 77,2 milyon, yəni əhalinin 53%-dir.
Şərhlər