Rusiya MN: Ötən sutka Ukraynanın iki Su-25 təyyarəsi vurulub

01.07.2022 13:58     Dünyadan reaksiya     339

Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini və 11 pilotsuz uçuş aparatını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Xarkov vilayətinin Barvenkovo ​​və Kurulka yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub. Həmçinin, ötən sutka ərzində "DXR", Xarkov və Zaporojye vilayətlərində Ukraynaya məxsus 11 PUA vurulub”, - məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər