Almaniyada qaçqın düşərgəsində iğtişaşlar baş verib

21.08.2015 06:02     Dünyadan reaksiya     1756

Almaniyanın Zul şəhərində qaçqın düşərgəsində baş vermiş iğtişaşlar nəticəsində 17 nəfər xəsarət alıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları hücuma məruz qalıblar, 6  asayiş keşikçisi yaralanıb.

Ekspertlərin rəyinə görə, ardı-arası kəsilməyən qaçqın axını həm qaçqın düşərgələrində, həm də cəmiyyətdə gərginliyin artmasına səbəb olub.

İlkin məlumata əsasən, bu il Almaniyada sığınacaq almaq istəyən  əcnəbilərin sayı 750-800 min nəfərədək çata bilər. 

Şərhlər

Çox oxunanlar