Ukrayna ordusu Xersona yaxınlaşdı: ağır olacaq
04.07.2022 12:40 Dünyadan reaksiya 411
Ukrayna qoşunları artıq Xerson ətrafına yaxınlaşıb. Lakin bu döyüş çox çətin olacaq və Ukrayna ordusu itki verəcək.
Bu barədə “Ekonomist” nəşri məlumat yayıb.
Ukrayna hərbi kəşfiyyatının adının çəkilməsini istəməyən əməkdaşı nəşrə açıqlamasında deyib ki, ön bölmələr Xersonun ətrafından bir snayper atışı məsafəsində yerləşiblər.
“Növbəti bir neçə həftə çox maraqlı olacaq”, - mənbə bildirib.
Nəşr onu da qeyd edib ki, hazırda Ukrayna ordusunun əsas diqqəti ölkənin şərqində Rusiya ordusunun irəliləyişini dayandırmağa yönəlib.
Şərhlər