Makedoniya sərhədi bağladı - FÖVQƏLADƏ VƏZİYYƏT
21.08.2015 07:18 Dünyadan reaksiya 1843
Mühacir axını ilə üz-üzə qalan Makedoniya çarə olaraq Yunanıstanla sərhədi bağlayıb və ölkədə fövqəladə vəziyyət elan olunub.
Yunanıstana gələn mühacirlərin Avropa ölkələrinə getmək məqsədilə transiz olaraq istifadə etdiyi Makedoniya çətin vəziyyətə düşüb. Ölkənin cənub sərhədində yaranan gərgin vəziyyətlə əlaqədar daxili işlər nazirliyi ölkədə fövqəladə vəziyyət elan edib.
Hər gün orta hesabla 2 mindən çox Yunanıstan vətəndaşı qanunsuz yollarla Makedoniyaya keçir. Makedoniya rəhbərliyi qaçqın axınıyla bacarmadığına görə, Avropa İttifaqından kömək istəyib. Həmçinin daxili işlər nazirliyi ordudan yardım istəyib. Sərhədlər bağlandığından köçkünlər Yunanıstanda sıxışıb, qalıb.
Şərhlər