Baydenin köməkçisi istefa verdi
07.07.2022 12:12 Dünyadan reaksiya 355
Ağ Ev, Kommunikasiyalar üzrə Direktoru Keyt Bedinqfildin vəzifəsini tərk edəcəyini söyləyib.
Reaksiya.az xəbər verir ki, Bedinqfildin istefa xəbəri ilə bağlı Ağ Ev yazılı açıqlama verib.
Bildirilir ki, "Prezident Co Baydenin uzun müddət etibarlı köməkçisi və həm seçki kampaniyasında, həm də administrasiyasında yüksək səviyyəli strateq olmuş Bedinqfild həyat yoldaşı və azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək üçün iyulun sonunda Ağ Evi tərk edəcək".
Şərhlər