İran bankından qadınlara XƏBƏRDARLIQ: "Dikdaban ayaqqabı və kosmetika qadağandır"
07.07.2022 12:42 Dünyadan reaksiya 463
İran bankından qadınlara xəbərdarlıq edib.
Konkret.az xəbər verir ki, İyulun 5-də “Dideban-e İran” xəbər agentliyi bu barədə xəbərdarlıq məktubu dərc edib. Məktuba görə, dövlət idarələrində çalışan xanımlar baş yaylığından əlavə, sinələrini və saçlarını tam şəkildə örtəcək örpəklərdən də istifadə etməlidirlər.
İran hökumətinin “hicaba riayət etməmək” adı altında ölkədə qadınlara qarşı basqıları sərtləşdirib. Prosesin davamı olaraq, Millət Bankı təlimat hazırlayaraq xanımların dikdaban ayaqqabı və nazik corab geyinməsini, qeyri-adi zinət əşyaları taxmasını, habelə kişi müdirlərin qadın katiblərdən istifadə etməsini qadağan edib.
Qeyd edək ki, son günlərdə sosial mediada İranın bir çox şəhərlərində əxlaq polisi və könüllü “Bəsic” qüvvələrinin xanımlara guya hicaba düzgün riayət etməmələri ilə bağlı müdaxilələr etməsinə və İran qadınlarının onlara sərt reaksiya verməsinə dair videolar yayılıb.
Şərhlər