ABŞ-da məktəbdə partlayış baş verib

21.08.2015 08:03     Dünyadan reaksiya     1772

Nyu-Yorkda məktəblərin birində güclü partlayış baş verib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, insident nəticəsində 3 nəfər yaralanıb. Onlardan 1-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayış Nyu Yorkun Bronks rayonunda yerləşən təhsil müəssisəsinin 6-cı mərtəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, məktəbin laboratoriyalarında təmir-tikinti işləri aparılırmış. Zərərçəkənlərin hamısı binada işləyən fəhlələrdir. Hadisə nəticəsində binaya ciddi zərər dəyib. İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib.

 

Şərhlər