“O, Çin və Rusiyadan daha böyük təhlükədir” - Soros
07.07.2022 13:24 Dünyadan reaksiya 427
Macar əsilli amerikalı milyarder və birja spekulyatoru Corc Soros ABŞ-ın Müstəqillik Günü ilə bağlı məqalə yazıb.
Soros məqalədə Amerika demokratiyasının xilası üçün lazım olan bütün vasitələrdən istifadə edərək Ali Məhkəmə, sabiq prezident Donald Tramp və Respublikaçılar Partiyasından qurtulmağın zəruriliyini bildirib, onların Rusiya və Çindən daha böyük təhlükə olduğunu vurğulayıb.
Soros məqaləsində Çin və Rusiyadan “dünyaya avtokratik idarəetmə formasını yaymaq istəyən zalım rejimlər” olaraq bəhs edib.
Abortun federal miqyasda qadağan edilməsinin Ali Məhkəmənin inisiativindən çıxaran məhkəməni tənqid edən Soros bu qərarın məntiqinin doğuma nəzarət, eynicinsli nikahlar, LGBT hüquqları və hətta irqlərarası nikahları hədəfə almaq olduğunu deyib.
Reaksiya.az
Şərhlər