Consonu bu şəxslər əvəz edə bilər - SİYAHI
07.07.2022 16:33 Dünyadan reaksiya 430
Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
Britaniya mətbuatı Boris Consonun istefa xəbərindən sonra onu əvəz edə biləcək adların siyahısını tədqim edib.
Həmin namizədlər aşağıdakılardır:
Xarici işlər naziri Liz Truss
46 yaşlı mühafizəkar siyasətçi Britaniyanın xarici siyasətinin görkəmli simalarından biridir. Sentyabr ayından xarici işlər naziri vəzifəsini icra edən Truss Britaniyanın Rusiya - Ukrayna müharibəsində fəal mövqeyinin memarı kimi tanınır. Britaniya ictimaiyyəti Trussı Britaniyanın məşhur baş naziri Marqaret Tetçerlə müqayisə edir.
İraq əsilli Nadhim Zahavi
Britaniyanın yeni iqtisadiyyat naziri təyin edilən Zahavi sahibkardır və ölkənin ən varlı adamlarından biridir. Neft sənayesində sərmayələri olan və kimya mühəndisliyi təhsili alan Zahavinin ailəsi İraqdakı Səddam Hüseyn rejimindən qaçaraq İngiltərəyə gəlmişdi. Zahavi Consonun istefasını tələb edən nazirlərdən biridir.
Rişi Sunak
Dövrün “ qızıl övladı” kimi tanınan Sunaka dəstək bu ilin əvvəlində həyat yoldaşının vergidən yayınma iddiaları ilə vurulmuşdu. Sunak, Covid-19 məhdudiyyətləri zamanı Baş nazirin 10 nömrəli Dauninq iqamətgahında keçirilən partiyalara qatıldığı üçün də cərimələnib.
Ben Valllese
52 yaşlı müdafiə naziri son dövrlərdəki performansı və münasibətləri ilə məşhur simalardan birinə çevrilib. İngiltərə mətbuatı daha əvvəl baş nazir olmağı sevmədiyini deyən Uollesə “Bu fikir partiya bazasından gələn dəstəklə dəyişə bilər” şərhini verib.
Qeyd edək ki, İngiltərə Baş naziri vəzifəsindən istefa verən Boris Conson 2020-ci ildə Baş nazirin iqamətgahında verdiyi şənliklərlə Covid-19 qaydalarını pozduğu üzə çıxdıqdan sonra həm rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası, həm də müxalifət liderləri və ictimaiyyət tərəfindən tənqid edilib.
Şərhlər