Kremldən Consonun istefasına reaksiya - Bizi sevmirdi...
07.07.2022 16:42 Dünyadan reaksiya 434
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasına münasibət bildirib.
Peskov Rusiya və Boris Consonun bir-birlərini qarşılıqlı şəkildə bəyənmədiyini bildirib.
"Cənab Consona gəlincə, o, bizi sevmir, biz də onu sevmirik", - Peskov deyib.
Eyni zamanda, Kreml sözçüsü vurğulayıb ki, Consonun tezliklə istefası ilə bağlı şayiələr fonunda Böyük Britaniyada yaranmış qarışıq vəziyyət geniş hökumət böhranıdır. Bu məsələlər Rusiya hakimiyyətinin diqqətini çəksə də, məlum proseslər onların işi üçün prioritet deyil.
Şərhlər