Lavrov Çavuşoğlu ilə razılaşdı - Liderlər arasında təmas davam etdirilsin!

07.07.2022 16:44     Dünyadan reaksiya     446

Rusiya xarici işlər nazirləri Sergey Lavrov bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Moskva ilə Ankaranın Qara dənizdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Görüş G20 xarici işlər nazirlərinin Balidə keçirilən toplantısı çərçivəsində baş tutub.

“Digər beynəlxalq məsələlərə, o cümlədən Rusiya ilə Türkiyə arasında Qara dənizdə və çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətə toxunulub”, - nazirliyin bəyanatında deyilir.

Sergey Lavrov və Mövlud Çavuşoğlu iki ölkə rəhbərliyi arasında gələcək təmaslara hazır olduqlarını təsdiqləyiblər:

"Nazirlər 2022-ci ildə ölkələr arasında yüksək səviyyədə siyasi dialoqun dinamikasından məmnunluq ifadə ediblər. Onlar Rusiya və Türkiyə rəhbərliyi arasında, o cümlədən şəxsən sıx təmasları davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər”.

Reaksiya.az

Şərhlər