Ruslardan qorxunc addım: Hədəfə çatmaq üçün kəndləri...
08.07.2022 12:40 Dünyadan reaksiya 504
Rusiya qoşunları Ukraynanın Luqansk vilayətinin inzibati sərhədlərinə tam nəzarəti ələ keçirmək üçün ətrafdakı kəndləri dağıdırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk regional hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Ruslar Luqansk vilayətinin inzibati sərhədlərini ələ keçirmək üçün ətraf kəndləri artilleriya atəşi ilə yerlə-yeksan edirlər. Yəni dinc sakinlərin həlak olması belə onlara mane olmur. Dayanmırlar, bütün növ ağır silahlardan Biloqorivka və Zolotarivkaya atəş açırlar. Reaktiv artilleriyadan da istifadə edirlər. Evləri, onlara “istehkam” kimi görünən hər binanı vururlar. İrəliləmək üçün şəxsi itkiləri saymırlar, heyifsilənmirlər”, - Qayday bildirib.
Onun sözlərinə görə, Donetsk vilayətinin Luqansk yaxınlığında yerləşən yaşayış məntəqələrində də vəziyyət oxşardır: “Silahlı qüvvələrimiz müdafiə mövqeyindədir”.
Şərhlər