Mariupolda zirzəmidə saxlanılan azərbaycanlının ürəyi partladı
13.07.2022 12:37 Dünyadan reaksiya 575
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Donetsk vilayətindən son məlumatları çatdırıb.
Donetsk işğaldan sonra sərhəd vilayət sayılır. Hazırda həm Rusiya, həm də Ukrayna tərəfdən itkilər çoxdur. Daha çox ziyan da mülki sakinlərə dəyir. Mülki şəxslər arasında itkilər də az deyil.
Daha bir məlumata görə, əslən Azərbaycanın Şabran rayonundan olan Nazim adlı şəxs Rusiya əsgərləri tərəfindən tutularaq Mariupol şəhərində zirzəmidə saxlanılıb. Onun zirzəmidə saxlanılma səbəbi Rusiya tərəfindən edilən sorğu-suala cavab verməməyi olub. Sakinlər bildirir ki, Nazim çox incidildiyi üçün zirzəmidə ürəyi partlayaraq ölüb.
Luqansk vilayətində isə daha bir azərbaycanlı fermerin əvvəlcə təsərrüfatı dağıdılıb, daha sonra isə ağır şəkildə döyülüb. Etibar adlı şəxsin seperatçılar tərəfindən döyülərək öldürülməsi ehtimal edilir.
Şərhlər