"İran Rusiya-NATO "soyuq müharibə"sinə cəlb oluna bilər..."
13.07.2022 13:07 Dünyadan reaksiya 578
Amerikalı ekspert: "Rusiyalıların 2020-ci ilin Dağlıq Qarabağ müharibəsindən aldıqları ən böyük dərslərdən biri də bundan ibarətdir ki, kamikadze-dronlardan kütləvi şəkildə istifadə edilməsi hərbi uğur üçün həlledici amildir"
"Rusiyanın Ukraynadakı müharibəsində boşluqları var..."
"Bu dronlardan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərindəki hədəflərə zərbələr endirilib, onlar həm də Suriyada, Yəməndə və İraqda görünüb"
"İran dronları rusiyalılara Ukrayna ərazilərinin dərinliyinə hərbi hücumlar həyata keçirməyə imkan verəcək"
"İran dronları havada 20 saat qala bilir, 150 kq döyüş yükü daşımaq iqtidarındadır"
"Rusiya prezidenti Putin İranda Türkiyə prezidenti Ərdoğanla görüşəcək"
Rusiyanın İrandan alacağı dronlar Ukraynanı təhdid edir...
İran PUA-larının Rusiyaya mümkün tədarükü rusiyalı hərbçilərin ön cəbhədə çətinliklərini sübut edir, lakin bu sövdələşmə baş tutarsa, rusiyalılar ciddi surətdə döyüş pilotsuz uçuş aparatları və kamikadze-dronlar əldə edəcək.
Moderator.az xəbər verir ki, bu fikri beynəlxalq ekspertlər Ağ evin bəyanatını şərh edərkən söyləyib. Məlumatı "Amerikanın səsi" yayıb.
Xatırladaq ki, iyulun 11-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, İran qısa müddətdə Rusiyaya bir neçə yüz, o cümlədən pilotsuz döyüş uçuş aparatları verəcək. Onun sözlərinə görə, Tehran rusiyalı hərbçilərə bu dronlardan istifadə etmək üçün təlim keçəcək.
"Rusiyalıların 2020-ci ildə Dağlıq Qarabağ müharibəsindən aldıqları ən böyük dərslərdən biri də bundan ibarətdir ki, kamikadze-dronlardan kütləvi şəkildə istifadə edilməsi hərbi uğur üçün həlledici amildir. Ona görə də əgər İran Rusiyaya "bir neçə yüz" pilotsuz uçuş aparatları verəcəksə, böyük ehtimalla, dron-kamikadzelər tədarükün bir hissəsi olacaq", - bunu ABŞ-ın Rusiya araşdırmaları ilə məşğul olan hərbi-dəniz təhlili Mərkəzindən robotlaşdırılmış hərbi sistem və pilotsuz uçuş aparatları məsələləri üzrə ekspert Samuel Bendett qeyd edib.
Bendett güman edib ki, ehtimal ki, İranın tədarükünə "Ababil", "Mohajer" və "Shahed"-in müəyyən növləri daxil ediləcək. Ekspertin fikrinə görə, rusiyalıların pilotsuz uçuş aparatlarına tələbatı onların Ukraynada müharibədə boşluqları olmasından xəbər verir.
Aydındır ki, rusiyalı hərbçilər tükənib, çoxlu dronlar və PUA-lar itirib, onların döyüş sursatları çatışmır...və aydındır ki, ən böyük boşluqlardan biri təmas xəttindən ən azı 5 km aralıda işləyən taktiki pilotsuz uçuş aparatlarının olmamasıdır. Bu, adətən, könüllülük səyləri ilə tədarük edilən "Mavic" kommersiya dronlarıdır", - ekspert qeyd edib.
Bendett qeyd edib ki, əgər İran Rusiyaya dronları tədarük edərsə, bunlar döyüş meydanında dərhal səmərə verəcək böyük pilotsuz uçuş aparatları və kamikadze-dronlar olacaq.
"İran dronlarının, mürəkkəb şəraitdə işləmək lazım gəldiyi dronların əksəriyyətində olduğu kimi, öz problemləri var. İranın pilotsuz uçuş aparatları ilə bağlı bəzi problemləri açıq şəkildə sənədləşdirilib. Bununla yanaşı, Rusiya daha "yoxlanılmış" pilotsuz uçuş aparatları ala bilər, bu aparatlarla Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərində hədəflərə zərbələr endirilib.
Amerika KİV-lərinin yazdığına görə, İran PUA-ları ABŞ və onların müttəfiqlərinin Yaxın Şərqdəki hərbi bazalarına, neft emalı zavodlarına və mülki obyektlərə hücum üçün istifadə edilib. Onlar Suriyada, Yəməndə, İraqda görünüb.
Amerikanın sahibkarlıq institutunda kritik təhlükələr Lahiyəsinin direktoru Frederik Kaqan "Vaşinqton post" qəzetinə müsahibəsində deyib ki, Rusiya üçün İran dronları haqqında məlumat rusiualıların Ukraynada məhdud imkanlarını sübut edir. Yeri gəlmişkən, onun fikrinə görə, İran-Rusiya sövdələşməsi uğurlu olarsa, Rusiyanın aldığı dronlar Ukraynada böyük məsafələr qət edərək, səmərəli şəkildə fəaliyyət göstərə biləcək.
"İran dronlarının nə qərər səmərəli olacağını demək çətindir, amma aydındır ki, onlar rusiyalılara, mümkündür ki, indi baş verdiyi kimi, Ukrayna ərazilərinin dərinliyinə hərbi hücumlar həyata keçirmək üçün böyük imkanlar yaradacaq", - Kaqan deyib.
Amerikanın CNN nəşri ABŞ generalı Kennet F.Makkenziyə istinadən yazır ki, İran dronları hərbi münaqişələrdə ciddi təhlükədir, hərçənd, dünyada çox da populyar deyil. Nəşr qeyd edir ki, əgər İran həqiqətən Rusiyaya Ukraynada istifadə üçün silah satmağı planlaşdırırsa, o, mahiyyət etibarilə Rusiya ilə NATO arasında "soyuq müharibə"yə cəlb edilir.
Dünya İnstitutunun məlumatına görə, İranın iri və orta PUA-ları havada 20 saatadək qala bilər. Onlar mürəkkəb sensorlar, döyüş avadanlığı və müxtəlif silahla təchiz edilib. İdarənin məlumatına görə, İranın bəzi dronları 150 kq -dək döyüş yükünü daşımaq iqtidarındadır.
Bəzi icmalçılar İran dronlarının təhlükəsini şişirdilən hesab edir. Məsələn, Londonun "Bourse Bazaar" analitik mərkəzinin təsisçisi İsfəndiyar Batmanqhelic "Twitter"də yazıb: "İranın çətin ki, öz arsenalında bu qədər işlək PUA-ları olsun". Bundan başqa, ekspert əlavə edib ki, Tehranın "dronların miqyaslı ixrac edilməsi təcrübəsi yoxdur".
Qeyd etmək lazımdır ki, gələn həftə Rusiya prezidenti Vladimir Putin Tehranı ziyarət etmək niyyətindədir. Kremlin məlumatına görə, İranda Putin Türkiyə prezidenti Ərdoğanla görüş keçirəcək. Eyni zamanda, İran KİV-ləri məlumat verir ki, Putin Tehranda İranla iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələsini müzakirə edəcək.
Şərhlər