Ukraynadan uğurlu əməliyyat - Ruslara ağır zərbə

21.07.2022 12:33     Dünyadan reaksiya     335

Ukrayna silahlı qüvvələri ölkənin cənubunda düşmənə hava zərbəsi endirib.

Bunu Ukraynanın “Cənub” Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk telemarafon zamanı deyib.

“Bu gecə, səhərə yaxın bir neçə hava hücumu edildi, onların nəticələri hazırda kəşfiyyatdadır”, - deyə o bildirib.

Qumenyukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zərbələrinə cavab olaraq düşmən yenidən yaşayış məntəqələrini uzaqdan atəşə tutmağa başlayıb.

Qeyd edək ki, iyulun 21-nə keçən gecə rusların ələ keçirdiyi Melitopolda partlayış səsləri eşidilib.

“Gecə yarısına yaxın partlayış səsləri eşidilib. Bundan sonra Melitopolun şərqində, Voznesenka kəndi yaxınlığında yanğın başlayıb”, - Melitopol meri İvan Fedorov bildirib.

Reaksiya.az

Şərhlər