Ərdoğanla Putin Tehranda nəyi razılaşdı? - Detallar
21.07.2022 13:26 Dünyadan reaksiya 411
Bir tərəfdən İraqda sabitlik, digər tərəfdən isə Suriyada siyasi proseslərin sürətlənməsi vacib məsələlərdir.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Təəssüf ki, bu günə qədər konstitusiya komissiyasının iclasları istənilən nəticəni vermədi. Bu, əslində rejimin (Bəşər Əsəd hakimiyyəti) sadəlövhlüyünə görə baş verdi. Bəs rejimin ən böyük dəstəkçiləri kimlərdir? Rusiya və İran. Birgə bəyanatımızda vurğuladığımız kimi, yeganə həll yolu siyasi həll variantıdır. Bunun üçün addımlar atılmalıdır. Bu, istər Cənubi Qafqazdakı proseslər, istərsə də Yaxın Şərqdə baş verən cərəyanların qiymətləndirilməsi baxımından əhəmiyyətli idi. Eyni şəkildə, cənab Putinlə görüşdə həm ikitərəfli əlaqələri, həm taxıl ixracına maneələrin aradan qaldırılması, eyni zamanda Ukraynada davam edən müharibəyə atəşkəslə son qoyulması ilə bağlı fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan Türkiyənin münasibətini və gözləntilərini hər iki liderlə bölüşüb. Xüsusilə, cənab Putinlə Ukraynada müharibənin dayandırılması ilə bağlı məhsuldar görüş keçirildi”, - XİN başçısı bildirib.
Şərhlər