Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib

21.07.2022 13:31     Dünyadan reaksiya     363

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiq edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu paketə Rusiya qızılına embarqonun tətbiqi, “Sberbank”ın aktivlərinin dondurulması və yeni ixrac məhdudiyyətləri daxildir.

Bundan başqa, 55 rusiyalı fiziki və hüquqi şəxs qara siyahıya daxil edilib.

Reaksiya.az

Şərhlər