Baxçalının xəritə eyhamına Afinadan reaksiya

25.07.2022 12:33     Dünyadan reaksiya     453

Hazırkı şəraitdə Türkiyədə millətçi ritorika artmaqdadır və bunun bütün türk cəmiyyətinə sıçrama riski var.

Bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının “Boz Qurdlar” təşkilatının qərargahını ziyarət edərək, Egey və Kritin yarısının Türkiyəyə aid olduğunu göstərən xəritənin yanında şəkil çəkdirməsinə münasibət bildirərkən deyib.

“Başqa şəraitdə bu epizodu obrazlı və ya gülməli adlandırmaq olardı. Amma indi belə bir mövqe xüsusilə Türkiyə hökumətinin ortağı tərəfindən nümayiş etdirildiyi üçün həyəcanverici və təhlükəli xarakter alır”, - nazir əlavə edib.

Onun sözlərinə görə, Yunanıstan-Türkiyə münasibətlərindəki problemin Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyində olduğuna inananlar yanılır və o, postundan getsə, çətinliklər aradan qalxmayacaq:

“Məsələ heç vaxt şəxsi xarakter daşımayıb. Milliyyətçiliyin yüksəlişi indi bütün türk cəmiyyətinə sıçrama təhlükəsi ilə üz-üzədir. Bu, araşdırmalarda da öz əksini tapmışdır”, - Dendias bildirib.

Reaksiya.az

Şərhlər