Ərdoğandan Yunanıstana hədə dolu mesaj - Vaxtı gələndə Türkiyə lazım olanı edəcək
26.07.2022 13:35 Dünyadan reaksiya 567
Yunanıstanın baş naziri ilə görüşdən söhbət gedə bilməz.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Yunanıstan qeyri-səmimi və vicdansız mövqeyinə son qoymalıdır”.
O, Yunanıstanı qonşuluq münasibətlərinə, həmçinin Lozanna və Paris razılaşmalarına zidd hərəkət etməkdə" ittiham edib.
“Yunanıstan, istədiyinizi edin. Vaxtı gələndə Türkiyə lazım olanı edəcək”, - deyə Ərdoğan vurğulayıb.
Şərhlər