"Ukrayna 4 ölkə arasında bölünəcək" - Şok plan

28.07.2022 12:37     Dünyadan reaksiya     461

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bugünkü Ukrayna ərazisinin böyük hissəsinin Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü yeni Avropa xəritəsini paylaşıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Medvedev iki foto paylaşaraq onları şərh edib.

“Psixotrop maddələrdən təsirlənən Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlanır”- deyə Dmitri Medvedev birinci şəklə işarə vurub.

Medvedevin göstərdiyi ikinci xəritəyə belə şərh yazıb: “Qərb ekspertləri əslində belə olacağını düşünürlər. Burada Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür".

 

Reaksiya.az

 

Şərhlər