“Bu şəhər geri alınsa, Rusiyanın Ukrayna planı pozulacaq” - Hərbi ekspert
28.07.2022 12:41 Dünyadan reaksiya 425
Ukraynanın cənubunda hərbi baxımdan əsas strateji əhəmiyyətli şəhər bir çox ekspertlərin hesab etdiyi kimi Melitopol yox, Novaya Kaxovkadır
Bunu hərbi ekspert Dmitri Sneqırev bildirib.
O deyib ki, Rusiyanın Ukraynadakı qondarma “xüsusi əməliyyatı”nın əsas məqsədləri Krımdan Luqansk və Donetsk vilayətlərinin işğal olunmuş rayonlarına uzanan qondarma quru dəhlizdir:
“İkincisi, işğal olunmuş Krımın ərazisinə su verilməsidir. Buna uyğun olaraq Zaporojye vilayətinin cənubunda yerləşən Melitopolun Ukrayna Silahlı Qüvvələri tərəfindən geri alınması bu strateji, hərbi və iqtisadi planları pozmağa kömək etməyəcək. Bu, quru dəhlizi kəsməyə imkan verəcək”.
Bununla belə, ekspert xatırladır ki, Melitopol işğaldan sonra düşmənin əsas hərbi bazasına, logistika mərkəzinə, ağır zirehli texnikanın, şəxsi heyətin, aviadaşıyıcı qrupların cəmləşdiyi yerə çevrilib.
“Lakin mənim fikrimcə, ən strateji əhəmiyyət kəsb edən Xerson vilayətində müvəqqəti işğal olunmuş Novaya Kaxovkadır. Bu şəhərə nəzarət bizə “xüsusi əməliyyat” adlanan tapşırıqları pozmağa imkan verərdi”, - mütəxəssis bildirib.(teleqraf)
Şərhlər