“ABŞ diqqətini Ukraynadan Tayvana yönəldə bilər” - “Politico” qəzeti

01.08.2022 13:07     Dünyadan reaksiya     399

“ABŞ diqqətini Ukraynadan Tayvana yönəldə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” qəzeti adının açıqlanmasını istəməyən yüksəkvəzifəli avropalı diplomata istinadən yazıb.

“Ən pis halda ABŞ diqqətini Ukraynadan yayındıracaq və Tayvandan ötrü Çinlə münasibətlərdə gərginliyə yönəldəcək”, - nəşrin həmsöhbəti deyib.

O əlavə edib ki, Tayvan məsələsi hələlik NATO-da narahatlıq yaratmır.  

Qəzetin yazdığına görə, Avropa paytaxtlarında ABŞ-la Çin arasında Tayvanla bağlı “söz savaşı” diqqətlə izlənilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar