Bağdada qoşun yeridildi, yüksək rütbəli məmurlar ölkədən qaçdılar

01.08.2022 13:54     Dünyadan reaksiya     419

Bağdada gecəylə qoşun yeridilib, bəzi yüksək rütbəli məmurlar ölkədən qaçıblar.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.

İraqın Baş naziri Mustafa Əl-Kazeminin ofisi hərbçilərin nümayişçilərə qarşı həqiqi və rezin güllələrdən, həmçinin tüstü bombalarından istifadə etməyəcəyinə əmin edib.

“Ordu İraq xalqının xidmətindədir. Təhlükəsizlik qüvvələrinin vəzifəsi nümayişçiləri, həmçinin ictimai və şəxsi mülkiyyəti qorumaq, hər hansı pozuntunun qarşısını almaq və vəziyyəti gərginləşdirməyə çalışan müdaxiləçiləri müəyyən etməkdir”, - deyə hərbi qurumdan bildirilib.

Qeyd edək ki, İraqda 2021-ci ilin oktyabrında keçirilən parlament seçkisində qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr hökumət qura bilməyincə siyasətdən uzaqlaşıb. Sədrdən sonra hökuməti qurmaq vəzifəsi onun rəqibi olan Koordinasiya Şurasına keçib.

İyulun 25-də Şura keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan etdikdən sonra Sədrin tərəfdarları etirazlara başlayıblar. Aksiyaçılar iki dəfə Parlament binasını ələ keçiriblər, bazar günü isə şəhərin küçələrinə axışmışdılar. Təkcə şənbə günü 150-dən çox zərərçəkən barədə məlumat verilib.

Reaksiya.az

Şərhlər