“Əl-Qaidə” lideri öldürüldü - Rəsmi

02.08.2022 04:23     Dünyadan reaksiya     469

"Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

Reaksiya.az xəbər verir ki, bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden təsdiqləyib. Adının çəkilməsini istəməyən Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yerinin bu ilin əvvəlində müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı müəyyən edilib. “Əl-Zəvahirinin ailə üzvləri zərbə zamanı evin digər hissələrində olub və məqsədli şəkildə hədəfə alınmayıb və silahsız olublar. Bu zərbədə mülki əhalinin zərər çəkdiyinə dair heç bir əlamətimiz yoxdur”, - deyə rəsmi əlavə edib. Qeyd edək ki, 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.

Şərhlər

Çox oxunanlar