Baş nazir Nazim Hikmətin şeiri ilə istefa verdi

21.08.2015 11:48     Dünyadan reaksiya     2732

Yunanıstanın baş naziri Aleksis Çipras erkən parlament seçkisi üçün istefa verdiyini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, televiziya ilə xalqa müraciət edən Çipras "Daha güclü bir hökumət qurmaq üçün istefa ərizəmi prezidentə təqdim edirəm. Sizdən də daha güclü bir hökumət qurmaq üçün dəstək gözləyirəm" sözlərini deyib.

O, çıxışı zamanı türk şairi Nazim Hikmətin "Ən gözəl günlərimiz, hələ yaşamadıqlarımızdır" şerini də oxuyub.

Yunanıstanlı baş nazir istefa qərarına həmfikirlərilə 5 saat davam edən toplantıdan sonra gəlib.

Aİ ilə imzaladığı 86 milyard avroluq 3-cü xilas etmə müqaviləsinin qüvvəyə minməsini gözləyən Çipras ilk 23 milyard avroluq kredit kəsiyinin sərbəst buraxıldığı xəbərini alanda kameraların qarşısına keçib.

Çipras "Bu günə qədərki fəaliyyətimizi xalqımızın müzakirəsinə buraxıram. Yaxşı etmişik ki, pismi? Buna xalq qərar verəcək" deyərək özünün və hökumətinin istefasını açıqlayıb.

Şərhlər

Çox oxunanlar