"Bunu izah etməmək öhdəliyimiz var"
21.08.2015 12:23 Dünyadan reaksiya 2645
Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə İran arasında 11 iyul 2015-ci ildə imzalandığı iddia edilən gizli müqavilənin məzmunu yayılıb.
Reaksiya.az xəbər verir ki, müqavilənin bəzi maddələrində İranla IAEA-nın "Parçin problemi" ilə bağlı razılaşdıqları qeyd olunub:
"İranın hərbi qayğılarını da nəzərə alaraq Parçinin içindən, xaricindən və ətrafından çəkilmiş fotoşəkillərini verməyi qəbul etdiyi bildirilir”.
Digər bir maddə də isə, “fəaliyyətlərinin qurum tərəfindən təqdim olunan texniki şərtnamələrə uyğun olaraq və İranın icazə verdyi materiallarla aparılacağı” vurğulanıb.
Görüləcək tədbirlərdən sonra IAEA rəhbəri Yukiya Amanonun İranın dəvətilə regiona səfər edəcəyi bildirilib.
Amano dünən verdiyi açıqlamada İranın nüvə fəaliyyətlərinin nəzarətinə dair məsuliyyətin İrana verilmədiyini qeyd edib:
“Gizli razılaşma aparılıb və bunu izah etməmək öhdəliyimiz var. Sözügedən sazişlər uzunmüddətli təcrübələrə uyğundur”.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Con Kirbi IAEA-nın İranın nüvə fəaliyyətlərinin nəzarətdə olan hərbi obyektlərə, o cümlədən istədikləri hər yerə gedəcəklərini deyib.
Şərhlər