Bu gün Ərdoğan Putinlə görüşəcək

05.08.2022 12:35     Dünyadan reaksiya     334

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya bir günlük səfər edəcək. O, həmçinin Soçidə Kreml rəhbəri Vladimir Putinlə görüşəcək.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. 

Onun sözlərinə görə, "danışıqlar ikitərəfli əməkdaşlıq məsələlərinə - ilk növbədə iqtisadiyyata və regional problemlərin - Suriya və Ukraynanın müzakirəsinə həsr olunacaq".

Həmçinin, Peskov  görüşdə Odessadan taxılla ilk uçuşun necə getdiyi barədə fikir mübadiləsi aparılacağını bildirib. 

Reaksiya.az

Şərhlər